Nazir: Bakı və Riqa əməkdaşlığın genişləndirilməsinə dair 6 sənədin imzalanmasına hazırlaşır

Baş səhifə
Nazir: Bakı və Riqa əməkdaşlığın genişləndirilməsinə dair 6 sənədin imzalanmasına hazırlaşır

Azərbaycan və Latviya yaxın vaxtlarda ikitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq altı sənəd imzalamağı planlaşdırır.

“Report”un məlumatına görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviya Respublikasının elan edilməsinin 107-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu günə qədər iki ölkə arasında hüquqi baza çərçivəsində 47 sənəd imzalanıb:

“Hazırda altı sənəd layihəsi müzakirə mərhələsindədir. Bu sənədlərin yaxın gələcəkdə imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açacaq”, – deyə nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir