Nazirlik rəsmisi: “Az hallarda yanğın təbii səbəblərdən baş verir”

Cəmiyyət

“Azərbaycanın meşə fondu 1 milyon 213 min hektarlıq ərazini əhatə edir. Bu da respublikanın ümumi ərazisinin 11,8 faizi deməkdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov deyib.

O bildirib ki, bu meşələrin mühafizəsi ilə Nazirlik məşğul olur:

“Meşələrin mühafizəsi şöbələrimiz var. Meşə yanğınları da meşə mühafizəsi sisteminə aiddir. Meşə yanğınları ilə mübarizə, onların qarşısının alınması – bizim əsas məqsədlərimizdən biridir. Bu yanğınlar təbii və antropogen səbəblərdən baş verir. Çox az yanğın təbii səbəblərdən baş verir, çoxu insan amili səbəbindən baş verir. Daha çox insanların istirahəti ilə və təsərrüfat məsələləri ilə bağlı meydana gəlir”.

C.Qəribov qeyd edib ki, xüsusi qorunan meşələr istisna olmaqla digər meşələrə giriş sərbəstdir:

“Lakin insanların odla ehtiyatsız davranışı və belə demək mümkünsə, məsuliyyətsiz yanaşmaları müşahidə edilir. Bu istiqamətdə maariflənməyə ehtiyac hər zaman var. Adi siqaret kötüyünün düzgün söndürülməməsi, meşə ərazisində tonqal qalanması qaydalarına düzgün riayət etməmək və onu düzgün şəkildə söndürməmək yanğınlara səbəb ola bilir. Əkin sahələrinin kənarlarının vaxtında təmizlənməsi və s. kompleks tədbirlərin zamanında görülməməsidir”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir