Neftçala məktəbliləri 16 avqust tarixində “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşulublar-FOTO

Cəmiyyət

“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu – gələcəyə doğru”layihəsinin növbəti dayanacağı Neftçala rayonu olub.

Yay məktəbinin Neftçala rayonunda keçirilən üçüncü günündə 35 şagird iştirak edib. Yay məktəbi VI-VIII sinif şagirdlərini əhatə edib.

Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, kodlaşdırma, robototexnika, ilkin sahibkarlıq anlayışları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub.
Layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir etmək və Heydər Əliyev irsini təbliğ etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində Zəngilan – Laçın – Neftçala – Göyçay – Qazax – Tərtər – Qax – Bakı marşrutu üzrə səfər ediləcək. Layihəyə 300-dən çox şagird cəlb olunub.


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir