Hadisə Neftçala rayonunun Xıllı qəsəbəsində qeydə alınıb. Məlumata görə, qəsəbə sakini, 38 yaşlı Saleh Qurbanov ötən günaxşam saatlarında qonşusu, həm də uzaq qohumu olan 65 yaşlı Səxavət Əiyevgilə gəlib. Elə olay da bundan sonra baş verib. Belə ki, iki qonşu arasında mübahisə münaqişəyə çevrilib. Elə bu zaman Saleh Qurbanov stolun üstündə gördüyü qoyun qırxmaq üçün qayçını götürüb və qonşusu Səxavət Əliyevə bir neçə dəfə zərbə vurub və hadisə yerindən qaçıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Qonşularının dediyinə görə, mərhum olduqca sakit adam olub. Son günlər hansısa xəstəliyindən əziyyət çəirmiş. Onu qətlə yetirən Səxavət Əliyev isə dələduzluq üstündə 30 sutka həbs edilib və bir-iki gün imiş həbsdən çıxıbmış.
Meyit müayinə olunmaq üçün məhkəmə tibbi-ekspertizaya göndərilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən Səxavət Əliyev isti izlərlə saxlanılıb.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
