Ruhəngiz Əşrəfqızının və Söylü Ayazqızının kitab təqdimatı keçirilib. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə baş tutub.Tədbirdə Neftçala rayon icra hakimiyyətinin nümayəndələri şəhid valdeyinləri Azərbaycan yazıçısı və müəllimi, pedaqoji elmlər namizədi, dosent, Allahverdi Eminov professor İntiqam Cəbrayılov Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəşirov Vidadi yazıçı Nəbi İbrahimli. Şəhid ailələrinin ictimai birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov şair, publisist Zabil Pərviz iştirak ediblər.
Öz sözünü demiş qələm sahiblərindən olan Ruhəngiz Əşrəfqızı və yazıçılar ordusuna yeni qatılan gənc yazıçı Söylü Ayazqızı ilə görüş yaddaqalan, maraqlı keçmişdir. Ruhəngiz Əşrəfqızının “Seçilmiş əsərləri”nin II cildi və Söylü Ayazqızının “13 fərqli mən” adlı kitablarının təqdimat mərasimində iştirak edən qonaqlar müəlliflərin yaradıcılıq dünyası, həyat və fəaliyyətləri barədə sanballı çıxışlar səsləndirmişlər. Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filara xanımın çıxışı isə xüsusən iştirakçıların ruhunu oxşamiş, kövrək notlara söykənərək özəlliyi ilə seçilmişdir.
Sonda müəlliflər tədbir iştirakçılarına təşəkkürlərini bildirmişlər.. İmza saatı ilə tədbir sona çatmışdır.

