Növbəti növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb, açarlar təqdim edilib – VİDEO – FOTO – YENİLƏNİB

Baş səhifə

Bu gün Xocavəndin Sos kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, sakinlər qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib, tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları qəbul edərək evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 20 ailə olmaqla 80 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb.

***

14.34

Növbəti növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Sos kəndinə 20 ailə – 80 nəfər köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir