Novxanıda sexdə yanğın olub

Cəmiyyət

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli sexin dam örtüyünün taxta atmaları, lambirdən ibarət tavanı 50 m² sahədə və ətrafında 500 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir