Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı karate üzrə dünya çempionu, FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayevdir.
Dünya çempionu uşaqlığından, idmana gəlişindən, hüquq-mühafizə orqanlarında çalışarkən sui-qəsdə uğramasından danışıb.
“Cinayətkarlara qarşı çox qəddar idim. Yaxınım da olsa, ona qarşı mübarizə aparırdım. Gözləmədiyim bir yerdə məni oldürmək istədilər, amma alınmadı”, – deyə F. Musayev qeyd edib.
O, mediada haqqında yazılanlara normal reaksiya verdiyini deyib.
“Haqqımda istədiklərini yaza bilərlər. Hər şeyin sübutu olmalıdır. Hər bir yazıya sübut axtarmağım o deməkdir ki, həmin səhvi etmişəm. Heç nəyi sübut etmək lazım deyil”, – deyə əlavə edib.
www.102info.az
