Obameyanq Ronaldo, İbrahimoviç və Romarionun uğurunu təkrarladı

İdman

“Barselona” klubunun qabonlu futbolçusu Pyer-Emerik Obameyanq Kataloniya təmsilçisinin sabiq futbolçuları – braziliyalı Romario (1993), Ronaldo (1996) və isveçli Zlatan İbrahimoviçin (2010) nailiyyətlərini təkrarlayıb.

33 yaşlı hücumçu bu nailiyyəti “Real Sosyedad”a 1:0 hesabı ilə qalib gəldikləri oyunda əldə edib.

Belə ki, görüşdə yeganə qolun müəllifi olan Obameyanq İspaniya çempionatında meydana çıxdığı 11 oyunda doqquz dəfə fərqlənib.

Mənbə: Squawka

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir