
Bakı. Trend:
2025-ci ilin oktyabr ayında yüklərin ton-kilometr göstəricisi
(CTK) ilə ölçülən ümumi tələbat 2024-cü ilin oktyabrı ilə
müqayisədə 4,1 faiz artıb (+4,8 faiz beynəlxalq daşımalar
üzrə).
Trend bu haqda
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər
verir.
Bildirilir ki, mövcud yük ton-kilometrləri ilə ölçülən daşıma
tutumu ( ASTK) 2024-cü ilin oktyabrı ilə müqayisədə 5,1 faiz artıb
(+6,4 faiz beynəlxalq daşımalar üzrə).
<!—->
<!––>
Məlumata görə, IATA-nın baş direktoru Uilli Uolş bildirib ki,
oktyabr ayında yük hava daşımalarına tələbat illik ifadədə 4,1 faiz
artıb:
“Artıq ardıcıl səkkizinci aydır ki, bazar artım nümayiş etdirir
və bu dövrdə aylıq yükləmə həcmləri üzrə yeni rekord qeydə alınıb.
Asiya – Şimali Amerika istiqamətində azalma altıncı aydır davam
etsə də, digər marşrutlar daha güclü dinamika göstərir. İkirəqəmli
və ya ona yaxın artım templəri Asiyada, Yaxın Şərq–Avropa,
həmçinin Avropa–Asiya istiqamətlərində müşahidə olunub. Bu
dəyişikliklər göstərir ki, yük daşımaları seqmenti ABŞ-nin ticarət
siyasətinin təsiri altında qlobal təchizat zəncirlərinin yenidən
qurulmasına yardım edir. Bu isə xüsusilə önəmlidir, çünki dördüncü
rübün pik daşınma mövsümü ərəfəsindəyik”.
Hava ilə yük daşımaları – oktyabr 2025 (2024 oktyabrına nisbətdə
%-lə)
|
Region |
Bazar payı |
CTK |
ACTK |
Yüklənmə |
|
Bütün dünya üzrə |
100,0 |
4,1 |
5,1 |
47,1 (-0,5 bənd.) |
|
Afrika |
2,0 |
16,6 |
20,0 |
41,3 (-1,2 bənd.) |
|
Asiya-Sakit okean |
34,3 |
8,3 |
7,3 |
49,6 (0,5 bənd) |
|
Avropa |
21,5 |
4,3 |
4,3 |
54,7 (0,0 bənd) |
|
Latın Amerikası – Kariblər |
2,9 |
-2,7 |
2,8 |
39,1 (-2,2 bənd) |
|
Yaxın Şərq |
13,6 |
5,7 |
10,0 |
46,7 (-1,9 bənd) |
|
Şimali Amerika |
25,7 |
-2,7 |
0,1 |
40,9 (-1,2 bənd) |
