Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri iştirak edib.İdarənin müdiri S.Mənsimli qeyd edib ki, Respublikada ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. O eyni zamanda bildirib ki, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, eləcə də onlar tərəfindən törədilən hüquq pozuntularının qarşısı alınması və profilaktikası sahəsində kifayət qədər qanunvericilik bazası yaradılıb.Mövzu haqqında ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.
Qeyd edək ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılması məqsədi ilə 20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilib.

