OPEC bazar günü dünya bazarında neftin qiymətini müzakirə edəcək

Baş səhifə

Bakı. Trend:

Noyabrın 29-da Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) dünya
bazarında neftin qiymətini müzakirə edəcək. Üzv dövlətlərin
nümayəndələrinin iştirakı ilə 1 gündə 4 iclas baş tutacaq.

Trend xəbər verir ki, bazar
günü Qrinviç vaxtı ilə saat 13:00-da (Bakı vaxtı ilə 10.00)
nazirlərin görüşü, sonra təşkilatın monitorinq komitəsinin, ardınca
OPEC+ ölkələrinin nazirlərinin, sonda isə alyansın 8 üzvünün xüsusi
iclası gözlənilir.


<!—->
<!––>

Dünya bazarında neftin qiymətində eniş tendensiyasını nəzərə
alınarsa, üzv dövlətlərin hasilatı əvvəlki səviyyədə saxlayacaqları
barədə razılıq əldə edəcəkləri gözlənilir. OPEC bir neçə il ardıcıl
olaraq hasilatın aşağı səviyyədə saxlanılmasına nail oldu ki,
qiymətlər sabit qalsın. Lakin təşkilat cari ilin aprel ayında
hasilatı artırmaq qərarına gəldi ki, bu da dünya bazarında neftin
qiymətinin enməsi ilə nəticələndi.

ABŞ-ın Rusiyanın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı tətbiq
etdiyi sanksiya qiymətlərin kəskin şəkildə aşağı düşməsinə səbəb
olmadı. Bunun səbəbi 8 ölkənin – Səudiyyə Ərəbistanı, BƏƏ,
Qazaxıstanın, Rusiyanın, Küveyt, Əlcəzair, Oman və İraqın sutkalıq
hasilatı artıraraq 2,9 milyon barela çatdırmaları oldu. Hazırda
dünya bazarında sutkada 100 milyon barel neft satılır və bu,
tərəfləri qane edir. Bunun üçün OPEC-in noyabrın 29-da keçiriləcəyi
iclaslarında hasilatın sabit qalması haqqında qərar verəcəyi
gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir