Sofi Həmid türbəsi valideyn olmaq istəyənlərin ziyarət etdiyi müqəddəs yer hesab edilir.
Ziyarətgaha Sofi Həmid piri də deyirlər. Deyilənə görə, Sofi Həmid adl şəxs ölüm ayağında olan zaman onu dəvənin üzərinə qoymağı və dəvənin dayandığı yerdə bsdırılmağı vəsiyyət edir. Beləliklə, dəvə Sanqaçalda iki karvansarayın arasında dayanır və qəbir burada salınır.
Hazırda ziyarətgahda görə biləcəyiniz dəvənin heykəli burada sonradan qurulub. İnancı görə, övlad sahibi ola bilməyən şəxslər buraya gələrək dəvənin altından keçirlər və niyyətlərinə çatırlar.
Ziyarətgaha gələnlər niyyət edir, hətta burada uşaq çarpayısı da asırlar.
“Global Photo Stock”un əməkdaşının Sofi Həmid türbəsindən lentə aldığı fotoları təqdim edirik:
www.102info.az
