Sosial şəbəkələrdə Oxu.Az saytında Bakıdakı yanğın barədə dərc olunan xəbərin rus dilində təhrif olunmuş forması yayılıb.
Oxu.Az komandası olaraq bildiririk ki, sözügedən görüntülərə səbəb “Google Chrome” tətbiqindəki “translate” funksiyasının başlığı düzgün tərcümə etməməsidir.
Belə ki, həmin tətbiq cümləni mahiyyəti üzrə yox, hərfi tərcümə edir və nəticədə belə tragikomik vəziyyət yaranır.
İstənilən halda, hər gün ən son xəbərləri cəmiyyətin böyük hissəsinə çatdırmaqla yanaşı, bizdən asılı olmayan səbəbdən yaranmış kuryoz hadisə ilə üzünüzdə təbəssüm yarada bildiksə, türk qardaşlarımız demişkən, “Nə mutlu bizə!”.
www.102info.az
