Panamada avtobus uçurumdan aşıb: Azı 33 nəfər ölüb

Dünya

Çərşənbə günü Panamada 60-dan çox miqrantı daşıyan avtobusun uçurumdan aşması nəticəsində azı 33 nəfər ölüb.

Məlumata görə, miqrantların olduğu avtobus Kosta-Rika ilə sərhəddə yerləşən Çiriki əyalətindəki müvəqqəti yaşayış məntəqəsinə doğru gedirmiş.

Panama prezidenti Laurentino Kortiso bildirib ki, hökumət zərərçəkənlərə tibbi yardım göstərir.

Qəza qurbanlarının milliyyəti barədə məlumat verilmir.

Mənbə: TASS