Paşinyan AİB-in iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında Azərbaycanın Ermənistana tranziti qadağasını ləğv etməsini alqışlayıb.

APA-nın xəbərinə görə, Baş nazir regionda baş verən müsbət dəyişikliklərin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əhəmiyyətli uğurlardan biri kimi dəyərləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir