2017-ci ildən Dubayda yaşayan “Telegram”ın qurucusu Pavel Durov 2021-ci ilin fevralında BƏƏ vətəndaşlığını alıb.
Bu, milyarderin dördüncü vətəndaşlığıdır. O, eyni vaxtda dörd ölkənin – Rusiya, Karib hövzəsində yerləşən Sent Kitts və Nevis adalarının, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır.
Qeyd edək ki, 2021-ci ilin fevralında Durov Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum ilə görüşüb. Şeyx BƏƏ baş nazirinin oğludur. Görüş Dubayda keçirilib. O zaman görüşün məqsədləri və nəticələri barədə məlumat verilməyib.
Mənbə: forbes.ru
www.102info.az
