
Bakı. Trend:
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında
dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
<!—->
<!––>
Mövcud qanunvericiliyə görə, bilavasitə təlim-tədris prosesində
iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı
olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə
yay tətili dövründə verilir.
Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən
pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək
məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya
işəgötürənin razılığı ilə tədris ili ərzində
veriləcək.
