Martın 16-da Perunun Kaylyoma əyalətində baş verən 19 zəlzələ nəticəsində 120-yə yaxın ev dağılıb.
Bu barədə Maka rayonunun rəhbəri Siksto Roxas məlumat verib.
“(Ərazidəki) gil və daşdan tikilən evlərin 100%-i dağılıb, nəcib materiallardan tikilmiş binaların divarları çatlayıb, bəziləri, o cümlədən bələdiyyə binası uçub”, – deyə Roxas bildirib.
Dağılan evlərin sakinlərinin çoxu küçədə gecələmək məcburiyyətində qalıb.
Zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, martın 15-də Perunun şimalında baş verən torpaq sürüşməsində, müxtəlif mənbələrə görə, 60-80 ev torpağın altında qalıb. 15 nəfərə yaxın insan itkin düşmüş hesab olunub.
Mənbə: RİA Novosti
www.102info.az
