Peskovun yalanı “Sky News”un efirində ifşa olundu – VİDEO

Dünya

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Kiyev vilayətinin Buça şəhərində törədilən hadisələrdə Rusiya hərbçilərinin iştirak etməməsi ilə bağlı efirdə danışarkən ifşa olub.

“Sky News” telekanalının efirində Peskova Rusiya zirehli avtomobilinin ekipajının velosiped sürən qadını güllələdiyi video nümayiş etdirilib.

Kremlin sözçüsü bu tankın Rusiya hərbçilərinə məxsus olmasına şübhə edib.

Cavab olaraq aparıcı zirehdə “V” hərfini aydın şəkildə göstərən böyüdülmüş çərçivəni göstərib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir