
Ölkələrimiz oxşar təhdidlərlə üzləşdiyindən onlara qarşı birgə çıxış etməliyik.
Bunu APA-ya açıqlamasında Azərbaycan-Gürcüstan Media Forumunun iştirakçısı, “POSTV Georgia”nın təmsilçisi Ziad Valiani bildirib.
Onun sözlərinə görə, nəticə eldə etmək üçün birlikdə olmaq və informasiya məkanında qarşıya çıxan çağırışları birgə həll etmək vacibdir.
Ekspert qeyd edib ki, mütəmadi olaraq hər bir ölkənin təcrübəsini paylaşmaq çox faydalı olar: “Eyni zamanda, keçmişdə toplanmış təcrübəni bölüşmək və gələcək çağırışlara birgə hazırlıq görmək vacibdir”.
Valianinin sözlərinə görə, ölkələr arasında problemlər bir-birinə təsir göstərir, buna görə də ortaq əməkdaşlıq həyati əhəmiyyət daşıyır: “İnformasiya texnologiyaları çox sürətlə inkişaf etdiyi üçün bəzi problemləri ona çatmazdan əvvəl qabaqlamaq belə mümkündür. Əgər bütün səylər yerli əməkdaşlıq əsasında aparılarsa, nəticə daha effektiv olacaq”.
