Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Vətən müharibəsi” şəhidi Ağamaliyev Şəhriyar Əvəz oğlunun ailə üzvlərini ziyarət etdi.
Şəhid ailələrinə qayğı göstərilməsi dövlətimiz və xalqımızın qarşısında duran müqəddəs və mənəvi vəzifədir. Bu ailələrə ehtiram göstərilməsi, onların məsələlərinin dərhal və ilk növbədə həll olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş dövlət siyasətimizin əsas tərkib hissəsidir.
25 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Vətən müharibəsi” şəhidi Ağamaliyev Şəhriyar Əvəz oğlunun ailəsini ziyarət edərək şəhidin yaxınları ilə görüşmüşdür. Görüş zamanı Anar Ələkbərov ailənin problemləri və onları narahat edən məsələlər ilə bağlı maraqlanmışdır.
Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.


