Prime Cotton-da filial rəhbərləri ilə strateji işgüzar görüş keçirilib-FOTO

Cəmiyyət

9 dekabr tarixində Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudovun iştirakı ilə filial rəhbərlərinin qatıldığı işgüzar görüş təşkil olunub.

Görüş zamanı 2025-ci il ərzində əldə olunan əsas nailiyyətlər və fəaliyyət göstəriciləri ətraflı şəkildə təhlil edilib. Daha sonra 2026-cı il üçün müəyyənləşdirilmiş strateji hədəflər təqdim olunub və qarşıdakı dövr üzrə planlaşdırılan fəaliyyətlər müzakirə edilib.

Müzakirələr çərçivəsində qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan əsas layihələr, filiallar üzrə fəaliyyətin daha səmərəli təşkili, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və şirkətin inkişaf strategiyası ətrafında fikir mübadiləsi aparılıb.

Keçirilən görüş 2026-cı il üzrə fəaliyyətlərin vahid strategiya əsasında planlaşdırılması, filiallar arasında koordinasiyanın gücləndirilməsi və idarəetmədə effektivliyin artırılması baxımından böyük əhəmiyyət daşıyıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir