Qəbələ rayonunda gənc qız ov tüfəngi ilə özünü öldürüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Nohurqışlaq kəndində baş verib.
1999-cu il təvəllüdlü A.Ədilova yaşadığı ünvanda ov tüfəngi ilə ürək nahiyəsindən özünə atəş açıb.
İlkin ehtimala görə, 23 yaşlı qız intihar edib.
A.Ədilovanın hadisəni hansı səbəbdən törətməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
www.102info.az
