“Qalatasaray” öz meydanında qalib gəldi – VİDEO

İdman

Futbol üzrə Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

Turun son oyununda “Qalatasaray” evdə aşağı dəstəyə düşməsi dəqiqləşən “Yeni Malatyaspor”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Cim-Bom”un heyətində qolları 51-ci dəqiqə Rayan Babel və 53-cü dəqiqədə Halil Dervişoğlu vurublar.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran “Qalatasaray” 12-ci sıraya yüksəlib. 20 xalı olan “Yeni Malatyaspor” isə sonuncu – 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 72 xalla “Trabzonspor” başçılıq edir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir