Qar uçqunu Quba-Xınalıq yolunu bağladı – FOTO

Cəmiyyət

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

“Report”un məlumatına görə, təbiət hadisəsi yolun 36-cı km-də qeydə alınıb.

Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yol təsərrüfatının bərpası üçün 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir