Qax rayonunda bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1954-cü il təvəllüdlü Neymət Əhmədov əkin sahəsindən kəndə qayıdan zaman ehtiyatsızlıqdan at arabasından yıxılıb.
N.Əhmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
www.102info.az
