Qazaxıstan millisi Bakıda Azərbaycan yığması ilə birgə məşqlərə qoşuldu – FOTO

İdman

Qazaxıstanın cüdo üzrə milli komandası Bakıda Azərbaycan yığması ilə təlim-məşq toplanışına başlayıb.

Oxu.Az xəbər verir ki, qazaxıstanlılar ölkəmizə 29 cüdoçu ilə gəlib.

Qonaqların 23 gənc, 6 böyük idmançısının qoşulduğu təlimdə əsas məqsəd cüdoçuların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 22-nə kimi davam edəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir