Qazaxıstanda 29 yaşlı azərbaycanlı çempion qəfildən öldü – FOTO

İdman

Əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23-də Qazaxıstanın Kamenoqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib. 

“Unikal”ın məlumatına görə, 1997-ci ildən Qazaxıstanda yaşayan N.Dəmirçi idmanın boks, kikboks, qaydasız döyüş və K-1 növləriylə məşğul olub. O, boks və kikboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub.

N.Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğulduğu Qax rayonuna gətirilərək dəfn olunacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir