Qisas qiyamətə qalmaz

Baş səhifə

 Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində xalqın ürəyindən gələn məsələlərə toxunaraq qeyd etmişdir ki, yola saldığımız ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş

vermişdir. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 

Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinəy etirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları

həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi; Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb

ölkələrinə xəbərdarlıq edilmişdir ki, separatçı rejim özünü buraxmalıdır,

Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür; Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. .

Azərbaycanda separatizmin kökü kəsildi və separatizm bizim

torpağımızda bir daha baş qaldıra bilməz. Sentyabrın 19-da başlamış və cəmi bir

gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam

Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.   Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi.Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Biz haqq

yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkanvermərik ki, bizim torpağımızda at oynatsın. Hər bir Azərbaycan vətəndaşı, dünyad ayaşayan hər birazərbaycanlı haqlı olaraq qürur hissi keçirir. 

Kəramət Həsənov,

təqaüdçü, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir