Qızılın qiyməti tarixi maksimuma çatıb

Baş səhifə

Bakı. Trend:

Ticarət məlumatlarına əsasən, Comex birjasında (Nyu-York əmtəə
birjasının bölməsi) 2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın
qiyməti tarixi maksimuma yüksələrək bir troya unsiyası üçün 4050
dolları ötüb.

Trend xəbər verir ki, Bakı
vaxtı ilə saat 05:22-yə olan məlumata görə, qiymətli metalın
qiyməti 4 054,30 dollar olub (1,16% artım). Saat 05:36-da isə
qızılın qiyməti artaraq bir unsiya üçün 4 061,90 dollara çatıb
(1,35% artım).


<!—->
<!––>

Ekspertlər bildirirlər ki, qiymətin artımına qlobal iqtisadi
qeyri-sabitlik, inflyasiya ilə bağlı narahatlıqlar və investorların
riskli aktivlərdən uzaqlaşması səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir