
Bakı.Trend:
Dekabrın 18-i və 23-ü Heydər Əliyev Sarayında “Qu Gölü” baleti
oynanılacaq.
Trend xəbər
verir ki, bu barədə Dövlət Akademik Opera və Balet Teatrının
direktoru, Xalq artisti Yusif Eyvazov “Real İntervyu”da
danışıb.
O bildirib ki, dekabrın 18-i baş tutacaq nümayiş üçün bütün
biletlər satılıb. Bu səbəbəbdən tələbata uyğun olaraq, baletin 23
dekabrda da eyni məkanda nümayişi həyata keçiriləcək.
<!—->
<!––>
“Dövlət Akademik Opera və Balet Teatrının 2026-cı il üçün
proqramı da artıq təsdiq olunub. 2026-cı ildə Opera və Balet
Teatrında yeni premyeralar olacaq. Həmçinin baletimizin və konsert
proqramlarının xaricdə nümayişi nəzərdə tutulub”.
O açıqlayıb ki, 2026-cı ildə öncədən nümayiş etdirilməmiş
operalar,unudulmuş əsərlər səhnəyə çıxacaq.
“Növbəti ildə də “Opera və balet günləri” layihəsi davam
etdiriləcək”,- deyə Y.Eyvazov əlavə edib.
