Qubadlı rayonu bərpa edilir və yenidən qurulur.

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun  başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlub olduğuna rəsmən imza atmalı oldu. Nəticədə  işğal altında olan torpaqlarımız yağı düşməndən  azad olundu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Qubadlı rayonu  da oldu.

Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyərək qazilərimizə allahdan şəfa diləyirik. Uzun illər  əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan qardaş və bacılarımız öz doğma yurd yerlərinə qayıdaraq rahat  yaşayacaqlar. Azərbaycanın füsunkar təbiətə malik olan yerləri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatını yaşayacaqdır.
    Qubadlı rayonunun olduqca böyük aqrar potensialı olub. İşğal nəticəsində Qubadlının yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilmiş, əhalisi köçkün vəziyyətində ölkənin bir çox  şəhər rayonlarında məskunlaşmağa məcbur qalmışdır.
 

Bu gün ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsinin növbəti ildönümlərini qeyd edir. Yaşadığımız bu qürurlu anlara, tariximizin şərəfli günlərinə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Şirin canlarını qurban verib tarix yazan oğullarımız bizim qürur yerimizdir.
      Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının  ötən il Qubadlı rayonunun işğaldan azad edilməsinin ildönümündə  rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə “bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” söyləyərək bildirmişdi ki,  Azərbaycan xalqı, indiki  və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək.
 

Azad edilmiş bütün ərazilərimizdə bərpa işləri aparılacaq. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. Azərbaycan xalqı qurucu, tarixinə, hər qarış torpağına sahib çıxan xalqdır.
Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda böyük infrastruktur layihələr uğurla həyata keçirilir. Əminliklə deyə bilərik ki, Möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasəti nəticəsində Qubadlı rayonu və eləcə də işğaldan azad olunmuş torpaqlarımız yenidən qurularaq sakinlərinin istifadəsinə veriləcəkdir.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir