Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Cari ilin 8-12 dekabr tarixlərində quş qripi xəstəliyinə qarşı
növbəti epizootoloji monitorinq keçiriləcək.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş
ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq,
dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə
yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin
aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye
əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən
müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında
saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə
ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara
ümumi baxış keçirilməklə, məqsədyönlü maarifləndirmə-təbliğat
tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq
təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət
və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına
daxil ediləcək.


<!—->
<!––>

Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida
Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə
Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin
əməkdaşları iştirak edəcəklər.

Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi
Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir