İsmayıllıda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edilib-FOTO

Region
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Bu münasibətlə rabitə və telekommunikasiya qovşağının işçiləri ilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi, önünə gül dəstələri düzüldü.
Ölkəmizdə rabitə sahəsi məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusu inkişaf mərhələsi keçib.
Bu gün Ulu Öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İsmayıllıda da rabitə sahəsində yeni işlər görülür. Rayon mərkəzi ilə yanaşı kənd sakinlərinin də genişzolaqlı internet və digər multimedia xidmətlərindən istifadə etməsi üçün kompleks layihələr həyata keçirilir.
Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə rabitə sahəsi üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edir, rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir