Regional inkişaf proqramlarının uğurlu icrası ölkəmizin tərəqqisində xüsusi rol oynayır

Cəmiyyət


Prezident İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayır. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə ölkənin su idarəçiliyi siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Müşavirə həm mövcud problemlərin kompleks təhlili, həm də uzunmüddətli və dayanıqlı həll mexanizmlərinin müəyyənləşdirilməsibaxımından xüsusi əhəmiyyət daşıyır.
Müşavirədə həmçinin ölkəmizin, əhalinin qaz təminatından da bəhs edilmişdir. Bildirib ki, statistik rəqəmlərə diqqət yetirsək görərik ki, bu gün ölkəmizdə qazlaşmanın 96 faizə çatması bu sahədə görülən işlərin təqdimatıdır. Daxili tələbatını yüksək səviyyədə ödəyən Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir. Bu rəqəm də son deyil. Ölkəmizin uğurlu enerji siyasəti yeni tərəfdaşlar qazanmasında, yeni layihələrin gündəmə gətirilərək onlarda iştirak edəcək ölkələrin coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır.
İnfrastruktur layihələrindən bəhs edərkən yol infrastrukturunu xüsusi qeyd etməliyik. Yeni avtomobil, dəmir yolları çəkilir. Beynəlxalq Hava limanları tikilib istifadəyə verilib. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin fonunda infrastruktur layihələrinin icrasına verilən önəm diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev müşavirədə bildirdi ki, hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.
Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutur. İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Dövlət başçısı müşavirədə qeyd etdi ki, Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar. Vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapıb. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və proses davam etdirilir.
Dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın qeyd edilən sahədə gələcək inkişafı ilə bağlı aydın təsəvvür yaradır. Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiqləndi. Dövlət Proqramı strateji məsələ olan su təminatı və ekoloji təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək. Ümumiyyətlə, dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması əsas hədəflərdəndir.

Muxtar Əmrahov,
Salyan Regional Qaz İstismarı İdarəsinin Salyan Xidməti Sahəsi üzrə böyük mühəndisi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir