Respublika Fənn Olimpiadalarının rayon/şəhər mərhələsinin nəticələri müzakirə edilib-FOTO 

Təhsil

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin iştirakı ilə Respublika Fənn Olimpiadalarının rayon/şəhər mərhələsinin nəticələrinin müzakirəsi təşkil olunubdur.

Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayon sektor müdirləri, rayonlarda yaradılmış “Olimpiada Hazırlıq Mərkəzləri”nin rəhbərləri, 1-ci mərhələdə şagirdləri ən yüksək nəticə göstərmiş məktəblərin direktorları və hazırlıq mərkəzlərində tədris aparan fəal müəllimlər iştirak edib.

Tədbirdə Respublika Fənn Olimpiadalarının rayon/şəhər mərhələsinin, rayonlar, fənlər və siniflər üzrə nəticələri müzakirə edilmiş, yarımfilnal mərhələsinə hazırlıq işləri barədə qarşılıqlı müzakirələr aparılmışdır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir