Roma derbisinin taleyini bir qol həll etdi – VİDEO

İdman

İtaliya A Seriyasının 13-cü turunda Roma derbisi baş tutub.

Görüşdə meydan sahibi “Roma” “Latsio”ya minimal hesabla məğlub olub.

Qarşılaşmanın 29-cu dəqiqəsində qonaqların heyətində Felipe Anderson fərqlənib.

Qələbə sayəsində “Latsio” xallarının sayını 27-ə çatdırıb və üçüncü pillədə qərarlaşıb. “Roma” isə 25 xalla beşinci pilləyə sahib olub.