Rusiya Dövlət Dumasında vətəndaşların pensiyaya 10 il gec çıxması təklif olunub

Baş səhifə
Rusiya Dövlət Dumasında vətəndaşların pensiyaya 10 il gec çıxması təklif olunub

Rusiya Dövlət Dumasının deputatları vətəndaşların pensiyaya çıxışını 10 il gecikdirmək imkanını nəzərdən keçirməyi təklif ediblər.

“Report”un məlumatına görə, bunu Dövlət Dumasının deputatı Svetlana Bessarab bildirib.

Onun sözlərinə görə, əgər vətəndaş pensiya yaşına çatdıqdan sonra beş il işləməyə davam edərsə, onun pensiya əmsalları 36% artacaq, sabit ödəniş isə 45% yüksələcək.

Deputat əlavə edib ki, pensiyaya çıxışın 10 il təxirə salınması halında əmsallar 2,32 dəfə indeksləşdiriləcək ki, bu da gələcək pensiyanın ölçüsünü iki dəfədən çox artıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir