Rusiya ordusu Dnepr hava limanına raket zərbəsi endirib

Dünya

Rusiya qoşunları Dnepr hava limanına raket zərbəsi endirib.

Bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

Valentin Rezniçenko bildirib ki, hazırda hava limanı ərazisində xilasedicilər işləyir.

“Dağıntılar və qurbanların sayı ilə bağlı məlumatları dəqiqləşdiririk. Hava limanının yaxınlığındakı infrastruktur da məhv edilib”, – V. Rezniçenko əlavə edib.

Mənbə: Unian

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir