Rusiya Türkiyədəki konsulluq heyətini genişləndirəcək

Dünya

Rusiya Türkiyədəki konsulluğunun genişləndirilməsi üçün çalışır.

Bunu çərşənbə axşamı Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib.

“Biz Türkiyədə konsulluğumuzu genişləndirmək üçün mübarizə aparacağıq”, – deyə o, bildirib.

Diplomatın sözlərinə görə, hazırda ölkədə Rusiya informasiya və məsləhət mərkəzləri fəaliyyət göstərir.

“Onlar bizim konsulluqların mövcud olduğu yerdə – Ankarada, İstanbulda və Antalyada işləyirlər”, – Yerxov bildirib.

Mənbə: TASS