Ukrayna və Rusiya Federasiyası arasında danışıqların yeni raundu martın 29-u çərşənbə axşamı səhər saat 10-da başlaya bilər.
Bu barədə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiyaya istinadla “Xalqın qulluqçusu” partiyasının rəsmi nümayəndəsi Yuliya Paliyçuk bəyan edib.
O bildirib ki, David Araxamiya danışıqların başlanma vaxtının logistika problemlərinə görə dəyişdiyini deyib.
Bundan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski martın 29-30-da danışıqların yeni mərhələsinin baş tutacağını bildirmişdi.
Rusiya və Ukrayna Belarus ərazisində üç görüş keçirib – fevralın 28-də, martın 4-də və 7-də. Bundan sonra danışıqlar distant formata keçib. Dördüncü tur martın 14-də, beşinci tur isə martın 21-də baş tutub.
www.102info.az
