Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

Dünya

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu cümə axşamı Ermənistanın müdafiə naziri Suren Papikyanla telefon danışığı aparıb.

Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Hərbi idarələrin rəhbərləri regiondakı mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda tapşırıqları yerinə yetirdiyi əraziləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – deyə nazirlikdən bildirilib.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir