ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin haqqında təhqiramiz ifadələri Rusiyanı ABŞ-la münasibətlərini kəsməyə sövq edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Belə ki, Bayden keçən həftə Putini “müharibə cinayətkarı”, “ölümcül diktator” və “xalis quldur” hesab etdiyini söyləyib. Bu münasibətlə martın 21-də ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
www.102info.az
