Rusiyada atəşfəşanlıq çoxmərtəbəli binada yanğınla nəticələnib – VİDEO

Dünya

Yeni il gecəsi Novosibirskdə çoxmərtəbəli binanın iki eyvanı həyətdə atılan fişənglər səbəbindən yanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə baş idarəsindən bildirilib.

“Ölçüsü 4×1,2 metr olan 2 eyvan yanıb. Mənzillərə ziyan dəyməyib”, – Nazirlikdən vurğulanıb.

30 dəqiqədən sonra yanğın lokallaşdırılıb, iki dəqiqə sonra isə açıq alov söndürülüb.

Yanğının söndürülməsinə 26 nəfər canlı qüvvə və 8 texnika cəlb olunub.

Mənbə: İnterfaks