Rusiyada yaşayan azərbaycanlı məşhurlar şəhidləri andılar – FOTO

Baş səhifə

Rusiyada tanınan Azərbaycan əsilli ifaçılar Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsini yad ediblər.

Bu münasibətlə Bahh Tee (Bəxtiyar Əliyev), Jony (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov), Rauf & Faiq dueti (Rauf və Faiq Mirzəyevlər) “Instagram” hesablarında statuslar yazıblar.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Müdafiə Nazirliyi təxribat nəticəsində 50 hərbçimizin şəhid olduğunu açıqlayıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir