Rusiyalı hərbçilər ukraynalı jurnalisti əsir götürüblər

Dünya

Ukraynanın nüfuzlu UNIAN informasiya agentliyinin jurnalisti Dmitri Xilyuka Kiyev yaxınlığında Rusiya ordusu tərəfindən əsir götürülüb.

Məlumatı jurnalistlə eyni redaksiyada işləyən həmkarları, həmçinin Dmitri Xilyukanın qonşuları da təsdiq ediblər.

Verilən ilkin məlumata görə, jurnalist Kiyev vilayətinin Dımer kəndində rusiyalı hərbçilərin nəzarəti altında saxlanılır. Onunla əlaqə yaratmaq cəhdləri isə hələlik heç bir nəticə verməyib. 

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir