
Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu nəticəsində azı 4 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hava hücumu nəticəsində yaşayış binaları və mülki infrastruktura ziyan dəyib. Hadisədən zərər çəkən 9 nəfər xilas edilib.
“Peçerski rayonunda 22 mərtəbəli yaşayış binasında dağıntılar olub. Xilasedicilər 5-ci mərtəbədəki yanğını söndürüblər. Bir nəfər xilas edilib. Dağıntılar təmizlənir”, – məlumatda bildirilir.
Bundan başqa Dneprovsk rayonunda da doqquzmərtəbəli yaşayış binasında dağıntı qeydə alınıb. Hücum nəticəsində binanın 6-cı və 7-ci mərtəbələrdə yanğın başlayıb. Ümumilikdə 8 nəfəri xilas etmək mümkün olub.
