Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib

Tədbirlər

Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 189 və 190 saylı tam orta məktəblərdə “Narkomaniya ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə RPİ-nin rəisi, polis polkovniki Hikmət Qasımov çıxış edərək narkotik vasitələrin insanın həyat və sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib. Narkomaniyaya qurşananların həyatla vaxtsız vidalaşdığını, ağır xəstəliklərə düçar olduğunu bildirən İdarə rəisi şagirdlərin mükəmməl təhsilə yiyələnərək faydalı vətəndaş kimi böyümələri üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

Görüşdə o da vurğulanıb ki, narkomaniyanın yayılmasının qarşısının alınması üçün cəmiyyətin hər bir üzvü hüquq mühafizə orqanları ilə birgə mübarizə aparmalıdır.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir