Şəhəri bir-birinə qatan avtoxuliqanların gecə şousu baş tutmadı: DYP hərəkətə keçdi – ANBAAN VİDEO

Kriminal

Bakıda iki avtomobilin yarışmasının görüntüləri anbaan kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, martın 25-də paytaxtın Neftçilər prospektində yarışa çıxan VAZ-2106 və VAZ-2114 markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq hərəkətləri edib. 

Belə ki, prospekt boyunca yüksək sürətlə yarışan sürücülər Dəniz Vağzalının qarşısında avtomobillərin arasında şou göstərməyə çalışıblar. Lakin onların qarşısına qəfildən maneə çıxıb. VAZ-2106 markalı avtomobilin sürücüsü maneədən yayınıb qaça bilsə də, digər sürücü idarəetməni itirərək avtomobili 180 dərəcə fırladıb. Xoşbəxtlikdən hadisə faciəsiz nəticələnib. Yaxınlıqdakı yol polisi əməkdaşları dərhal VAZ-2114 markalı avtomobilin qarşısını kəsərək sürücünü sükan arxasından kənarlaşdırıblar.

Sözügedən görüntüləri təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir